Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Prezidentdən "Ləki-Qəbələ" tapşırığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezidentdən "Ləki-Qəbələ" tapşırığı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Prezidenti Ləki-Qəbələ dəmir yolunun yay mövsümünə qədər istifadəyə verilməsini tapşırdı.

 

Xəbər verdiymiz kimi,  Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edib.

 

Prezident “Ləki-Qəbələ yolunun tikintisi nə yerdədir?” deyərək Qurbanovdan soruşub.

 

Cavid QURBANOV: Ləki-Qəbələ yolunun tikintisi davam edir. Bu yolun uzunluğu 46 kilometrdir.

 

Prezident İlham ƏLİYEV: Amma hələlik torpaq işləri aparılır?

 

Cavid QURBANOV: Bəli, torpaq işləri aparırıq, yolun 11 kilometrini artıq qoymuşuq. Süni qurğular 100 ədəddir. Bunun 100-nü də artıq yerləşdirmişik, körpülər, istinad dayaqları və sair. İş davam edir.

 

Prezident İlham ƏLİYEV: Nə vaxt hazır olacaq?

 

Cavid QURBANOV: Bizim hesablamalarımıza görə, gələn ilin ortalarına, təqribən avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacaq.

 

Prezident İlham ƏLİYEV: Çalışın, yay mövsümünə qədər istifadəyə verilsin. Çünki yay aylarında o bölgələrə daha çox vətəndaş gedir. Ona görə, çalışın, yay mövsümünə qədər başa çatdırasınız.

 

Cavid QURBANOV: Baş üstə, cənab Prezident. Bizim dəmir yollarımızın 60 faizi Sovetlər Birliyi dövründə elektrikləşdirilmiş yollardır. Bu, həm Zaqatala-Qəbələ tərəfdədir, həm Astara zonasındadır. Sizin tapşırığınızdan sonra biz bu yollar üçün də 2-3 dizel qatarı sifariş etmişik. İki yeni qatarımız da gəlir. Qəbələyə işləyəcək bu qatarları sınaqdan keçirmək üçün Gəncə dəmir yoluna buraxacağıq.

13.11.2019 13:22

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ