Hesab.az-dan 3500 nəfər pulsuz plastik bank kartları və stikerləri qazandı!
(®) “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və “Qoldenpay” ASC-nin birgə təşkilatçılığı ilə 31 oktyabr – 7 noyabr tarixlərində keçirilən “Nağdsız ödəyən qazanır!” adlı stimullaşdırıcı kampaniya başa çatıb.
Hesab.az öz sosial media və reklam kanalları üzərindən lahiyəyə dəstək olmaqla yanaşı, lahiyə çərçivəsində istifadəçilərinə “Dərhal dəyiş” bölməsində 11 bank tərəfindən 3500-ə yaxın pulsuz plastik bank kartları və stikerlərini əlavə ödəniş olmadan müəyyən bonus qarşılığında təqdim edib.
Qeyd edək ki, lahiyə olduqca uğurla başa çatıb və istifadəçilərin marağına səbəb olub. Daim öz istifadəçilərinə böyük lahiyələr təqdim edən və tərəfdaşlıqlar sayəsində üstünlük qazandırmağa çalışan Hesab.az, yaxın zamanda da yenilikləri ilə onları sevindirəcək.
“Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank of Baku” ASC, “Bank Avrasiya” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC, “NBC Bank” ASC, “Xalq Bank” ASC, “Rabitəbank” ASC, “Unibank” ASC, “VTB Bank (Azərbaycan) ASC və “Turanbank” ASC lahiyədə iştirak etmişdir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
6 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
7 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 7 saat əvvəl
-
8 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl