Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fond 34 milyon manatı 5 şirkət arasında bölüşdürdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fond 34 milyon manatı 5 şirkət arasında bölüşdürdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 5 şirkət ilə 34 milyon 413 min manat məbləğində 5 müqavilə imzalayıb.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, müqavilələr “AZ.İnşaat-M.V.” ММC, “Tunel-Metro Inşaat” ММC, “Azərsutəchizattikinti” ASC, “Azəri Servis LTD” və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə bağlanıb.

 

Müqavilələrə əsasən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu,  Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 256 ailəlik Vağazin qəsəbəsində 60 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə 4 milyon 503 min manat;

 

Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrinin abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi üçün “Azəri Servis LTD”-yə 11 milyon 101 min manat;

 

Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrində içməli su təchizatı, suvarma və drenaj sistemlərinin tikintisi üçün “Azərsutəchizattikinti” ASC-yə 5 milyon 753 min manat;

 

Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrinin qaz və istilik təchizatının tikintisi üçün  “Tunel-Metro Inşaat” ММC-yə  6 milyon 93 min manat;

 

Şeylanlı qəsəbəsində 98 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün “AZ.İnşaat-M.V.” ММC-yə 6 milyon 964 min manat ödəyəcək.

14.11.2019 09:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ