"Makler" məhkəmə zalında həbs edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Mehti Mehtiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.
Dövlət ittihamçısı çıxışında təqsirləndirilənin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, ev alqı-satqısı ilə məşğul olan Mehti Mehtiyev "Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-dan mənzillər satıb. Sonradan məlum olub ki, həmin mənzillər başqa şəxslərə də satılıb.
"Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-da bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı şikayətlərdən sonra şirkətlərin rəhbəri Cahangir Alışov və digərləri həbs edilib. Bundan sonra Mehti Mehtiyevin də əməlinin üstü açılıb.
M.Mehtiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
4 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
6 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl