Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"İstilik tarifləri optimal nöqtəyə qədər artırılmalıdır" - “Azəristiliktəchizat”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İstilik tarifləri optimal nöqtəyə qədər artırılmalıdır" - “Azəristiliktəchizat”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Gələcəkdə Azərbaycanda əhalinin istilik xidmətinə görə ödədiyi haqlar şaxələndirilə bilər”. 

 

Bunu  açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycandakı istilik tarifləri MDB ölkələri arasında ən aşağıdır:

 

"Əslində ərazidən asılı olaraq fərqli tariflər tətbiq olunmalıdır. Bu gün Azərbaycanda əhalinin istiliklə təmin olunması üçün xidmət haqqı hər kvadratmetr üçün 15 qəpik nəzərdə tutulub. Bu isə maya dəyərindən 6-10 dəfə azdır. Əgər başqa ölkələrlə müqayisə etsək görərik ki, Azərbaycanda bu sahədə tariflər çox aşağıdır. Belə ki, bizdə 0,09 dollar olduğu halda, Rusiyada ortalama 0,75 dollar, o cümlədən Moskva vilayətində 0,97 dollar, Qazaxıstanda 0,36 dollar, o cümlədən Almatıda 0,59 dollar, Belarusda güzəştsiz 1,24 dollar, güzəştli isə 0,21 dollar, Qırğızıstanın paytaxtı Bişkekdə 0,68 dollar, Ukraynanın paytaxtı Kiyevdə isə 1,23 dollardır. Mərhələli şəkildə xərclər aşağı salınmalı və tariflər artırılmalı, bu proses optimal nöqtəyə qədər davam etməlidir. Bundan sonra istilik xidməti bazarı liberallaşdırılmalı, bura özəl sektor da cəlb olunmalıdır”.

 

“Azəristiliktəchizat” rəsmisi onu da əlavə edib ki, Energetika Nazirliyi ilə birgə abunəçilərin istilik təchizatının yaxşılaşdırılması üzrə yeni qaydalar hazırlanıb: "Yeni qaydalarda bu sahəyə aid bütün məsələlər öz əksini tapıb. İndi həmin qaydaların hökumətdə təsdiqlənməsi prosesi gedir. Qaydalar üçün əsas sənəd “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” müəyyən edilib. Bu isə 2025-2030-cu illərə qədər işlərin davam etməsi deməkdir”.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Report"

14.11.2019 13:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ