Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

POS-terminalların sayı zəif artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
POS-terminalların sayı zəif artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin 3-cü rübündə (iyul-sentyabr) Aəzrbaycanda POS-terminalların sayı 1381 ədəd artaraq 64 min 777 ədədə çatıb. İyun ayının sonunda POS-terminalların sayı 63 min 396 ədədədək düşmüşdü.

 

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, hələ də,  ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 2018-ci ilin sonu ilə müqayisədə 1333 ədəd, 2015-ci ilin sonu ilə müqayisədə isə 15 min 524 ədəd azdır. 2015-ci ilin sonunda ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 80 min 301 ədədə çatmışdı. Sonradan sahibkarlar POS-terminallardan imtina etməyə başlamışdılar. 

 

Bu ildən Azərbaycan ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb. Müasir e-kassalar POS-terminal funksiyasını da yerinə yetirir. Hazırda sahibkarlar üçün təklif olunan yeni nəsil onlayn-kassalardan biri “AzurPos”dur.  Bu qurğu kassa aparatı olmaqla bərabər, həm POS-terminal, həm də ödəniş terminalıdır. 

 

Oktyabr ayının əvvəlinədək ölkədəki iri ticarət mərkəzləri, şadlıq evləri, şəbəkə marketlər, yanacaqdoldurma məntəqələri avtomobil və mebel satışı mərkəzləri e-kassa sisteminə keçməlidilər. Azərbaycanda bu kimi obyektlərin sayının on minlərlə olduğunu nəzərə alsaq POS-terminalların sayının 1381 ədəd artması zəif artımdır. 

15.11.2019 06:08

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ