24 bankın qeyri-faiz xərcləri artıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.
Bunlar "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı, "AGBank", "Bank VTB Azərbaycan", "Amrah Bank" və "Atabank"dır. Ən az azalma "Yapı Kredi Bank Azərbaycan"da (3,1%), ən çox azalma isə "Atabank"da (12,9%) qeydə alınıb.
Qalan 24 bankın isə qeyri-faiz xərcləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Nikoyl Bank"da (53,1%), ən aşağı dinamika isə "AFB Bank"da (3,4%) qeydə alınıb.
6 bankın qeyri-faiz xərcləri 40 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz xərcləri 40 milyon manatdan çox olub.
Həmin banklar "Kapital Bank" (150,471 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (113,176 milyon manat), "PAŞA Bank" (78,596 milyon manat), "Bank of Baku" (64,47 milyon manat), "Access Bank" (45,758 milyon manat) və "Unibank"dır (44,529 milyon manat).
Qalan 24 bankdan 15-də qeyri-faiz xərcləri 10-40 milyon manat arasında, 8 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
7 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
7 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
7 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
8 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 8 saat əvvəl
-
8 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
8 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 8 saat əvvəl
- 9 saat əvvəl