Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan bankına yeni sədr təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bankına yeni sədr təyin edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"AFB Bank"ın Müşahidə Şurasının qərarı ilə Orxan Xubanlı "AFB BANK"ın İdarə Heyətinə sədr təyin edilib. 

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarə edilməsi üzrə magistr dərəcəsi alan Orxan Xubanlı, “London Business School” Korporativ Maliyyə və Risklərin Idarə edilməsi proqramının məzunudur.

 

O.Xubanlı həmçinin yüksək ixtisaslı maliyyə mütəxəssilərinin təhsil aldığı, dünya miqyasında lider və nüfuzlu təhsil ocaqlarından biri olan  “Harvard Business School”-da Liderliyin Inkişafı proqramının məzunudur.

 

Sədr vəzifəsinə təyin edilmiş O.Xubanlı “Azərbaycan Beynəlxalq Bankı” ASC-də müxtəlif vəzifələrdə çalışmış və “Bank Standard” QSC-da filial müdiri vəzifəsindən İdarə Heyətinin Sədrinin 1-ci müavini vəzifəsinə qədər yüksəlmişdir.

 

Daha sonra əmək fəaliyyətini  Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda İcraçı direktorun müşaviri, “AZSIĞORTA” ASC-də Baş icraçı direktor kimi davam etdirib.

 

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

15.11.2019 07:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ