Ən yuxarı statik reklam-3_3

"Alipay" Avropada 10 milyon obyekti hədəfləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Alipay" Avropada 10 milyon obyekti hədəfləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çinin e-ticarət nəhəngi "Alibaba" şirkətinə bağlı olan ödəmə platforması "Alipay", 5 ildə Avropada 10 milyon kiçik və orta müəssisəyə (KOS) xidmət göstərməyi hədəfləyir. 

 

"Marja" xəbər verir ki, "Worldline" ilə olan ortaqlığını genişləndirən "Alipay"ın Asiyadakı elektron pul kisəsi ortaqları, artıq "Alipay"ın satış nöqtəsi olan Avropanın müəssisələrinə olan ödəmələri də qəbul edəcəklər. Bu da Avropadakı asiyalı turistlərin daha çox xərcləmə edə biləcəyi mənasını verir.  


Bununla bərabər, "Alipay"ı idarə edən "And Financial" şirkəti, dünyadakı hava limanlarında səyahət edən turistləri "tutmaq" üçün "Mini Proqramlar" da inkişaf etdirir.

 

ÇİNLİLƏRİN 87%-İ "ALİPAY" İSTİFADƏ EDİR

 

"Alipay" hazırda Avropada 120-dən çox maliyyə təşkilatı ilə çalıır və böyümə fürsətlərini qiymətləndirmək üçün səyahət agentliklərinə fokuslanıb.

 

"Statista"nın məlumatlarına görə, 18 ilə 69 yaş arasındakı çinlilərin 87%-i maliyyə ehtiyaclarını aradan qaldırmaq üçün "Alipay" istifadə edir. "Alipay", Asiya Pasifik bölgəsindəki e-pul kisəsi ortaqları ilə birlikdə 1.2 milyarddan çox istifadəçiyə xidmət göstərir. "Alipay"ı "And Financial" şirkəti idarə edir.

15.11.2019 10:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ