Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qlobal borclar 250,9 trilyon dollara çataraq rekord qırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal borclar 250,9 trilyon dollara çataraq rekord qırdı

Qlobal borc səviyyəsi bu ilin ilk yarısında 7,5 trilyon dollar artaraq 250,9 trilyon dollara çatıb və bütün zamanların rekordunu qırıb.


 

"Marja" Beynəlxalq Maliyyə İnstitutunun (IIF) nəşr etdiyi "Qlobal Borc Monitoru" hesabatına istinadən xəbər verir ki, bu ilin ilk yarısında qlobal borc məbləği 7,5 trilyon dollar artaraq (60%-dən çoxu ABŞ və Çindən qaynaqlanır) 250,9 trilyon dollara yüksəlib.

 

IIF, yavaşlama əlaməti göstərməyən qlobal borcun bu ilin sonunda 255 trilyon dolları keçməsini gözləyir.

 

Hesabata görə, cəmi borc dünyadakı ümumi daxili məhsulu (GSYH) üç qat aşaraq 320%-inə çatıb. 

 

IIF hesabatına görə, mərkəzi bankların faizlərinin aşağı olması inkişaf etməkdə olan ölkələri yeni borc almağa təşviq edir.

 

İnkişaf etməkdə olan ölkələrin borcu 71,4 trilyon dollar ilə rekord qırıb 

 

Aşağı qlobal faiz dərəcələri valyuta borclarını təşviq edir. IIF hesabatında, Hindistan, Braziliya və Türkiyə kimi inkişaf etməkdə olan iqtisadiyyatların dövlət və şirkət borclarını ehtiva edən cəmi borcunun bu ilin birinci rübündə 71,4 trilyon dollara çataraq rekord qırdığı bildirilib. 

 

İnkişaf etmiş ölkələrdə dövlət borclanmasının İkinci Dünya Müharibəsindən bəri görülməyən səviyyələrə çatdığına işarə edən mütəxəssislər, inkişaf edən ölkələrin dövlət borcunun isə 1980-lərdəki borc böhranı zamanı görülən səviyyələrə yüksəldiyini bildirirlər. Borc artımı həm dövlətləri, həm də şirkətləri riskə ata bilər.

15.11.2019 10:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ