Qlobal borclar 250,9 trilyon dollara çataraq rekord qırdı
Qlobal borc səviyyəsi bu ilin ilk yarısında 7,5 trilyon dollar artaraq 250,9 trilyon dollara çatıb və bütün zamanların rekordunu qırıb.
"Marja" Beynəlxalq Maliyyə İnstitutunun (IIF) nəşr etdiyi "Qlobal Borc Monitoru" hesabatına istinadən xəbər verir ki, bu ilin ilk yarısında qlobal borc məbləği 7,5 trilyon dollar artaraq (60%-dən çoxu ABŞ və Çindən qaynaqlanır) 250,9 trilyon dollara yüksəlib.
IIF, yavaşlama əlaməti göstərməyən qlobal borcun bu ilin sonunda 255 trilyon dolları keçməsini gözləyir.
Hesabata görə, cəmi borc dünyadakı ümumi daxili məhsulu (GSYH) üç qat aşaraq 320%-inə çatıb.
IIF hesabatına görə, mərkəzi bankların faizlərinin aşağı olması inkişaf etməkdə olan ölkələri yeni borc almağa təşviq edir.
İnkişaf etməkdə olan ölkələrin borcu 71,4 trilyon dollar ilə rekord qırıb
Aşağı qlobal faiz dərəcələri valyuta borclarını təşviq edir. IIF hesabatında, Hindistan, Braziliya və Türkiyə kimi inkişaf etməkdə olan iqtisadiyyatların dövlət və şirkət borclarını ehtiva edən cəmi borcunun bu ilin birinci rübündə 71,4 trilyon dollara çataraq rekord qırdığı bildirilib.
İnkişaf etmiş ölkələrdə dövlət borclanmasının İkinci Dünya Müharibəsindən bəri görülməyən səviyyələrə çatdığına işarə edən mütəxəssislər, inkişaf edən ölkələrin dövlət borcunun isə 1980-lərdəki borc böhranı zamanı görülən səviyyələrə yüksəldiyini bildirirlər. Borc artımı həm dövlətləri, həm də şirkətləri riskə ata bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
11 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
15 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
16 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl