Azərbaycanın idxalı artır, xarici ticarət saldosu azalır
Azərbaycanın idxalı ixracından 2,6 dəfə çox artıb
2019-cu ilin yanvar-oktyabr dövründə (10 ayda) Azərbaycanın xarici ticarət əməliyyatlarının cəmi məbləği 28 milyard 276 milyon 884 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 53 milyon dollar və ya 12,1% çoxdur.
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin 10 ayı ilə müqayisədə 2019-cu ilin 10 ayı ərzində Azərbaycanın ixracı 850 milyon 248 min dollar və ya 5% artaraq 16 milyard 821 milyon 558 min dollar, idxalı isə 2 milyard 202 milyon 766 min dollar və ya 23,8% artaraq 11 milyard 455 milyon 325 min dollar təşkil edib. Ötən ilin 10 ayı üzrə 6 milyard 718 milyon dollar olmuş xarici ticarət saldosu bu ilin eyni dövründə 5 milyard 366 milyon dollar təşkil edib (1 milyard 352 milyon dollar azalma).
İdxalın artmasının bir hissəsi Dövlət Neft Fondunun aldığı qızılı bu il ölkəyə gətirməsindən qaynaqlanır.
İxracın xarici ticarət dövriyyəsində xüsusi çəkisi 63.32%-dən 59.49%ə düşüb, idxalın xüsusi çəkisi isə 36.68%-dən 40.51%-ə yüksəlib.
OKTYABRDA DA İDXAL ARTIB
Oktyabr ayında ixrac 1 milyard 955 milyon 277 min dollar, idxal 1 milyard 77 milyon 71 min dollar, saldo isə 877 milyon 565 min dollar təşkil edib. Sentyabrda ixrac 1 milyard 346 milyon 434 min dollar, idxal 993 milyon 407 min dollar saldo 353 milyon 27 min dollar təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 saat əvvəl
-
18 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
21 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl