Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın idxalı artır, xarici ticarət saldosu azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın idxalı artır, xarici ticarət saldosu azalır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın idxalı ixracından 2,6 dəfə çox artıb


 

2019-cu ilin yanvar-oktyabr dövründə (10 ayda) Azərbaycanın xarici ticarət əməliyyatlarının cəmi məbləği 28 milyard 276 milyon 884 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 53 milyon dollar və ya 12,1% çoxdur.

 

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin 10 ayı ilə müqayisədə 2019-cu ilin 10 ayı ərzində Azərbaycanın ixracı 850 milyon 248 min dollar və ya 5% artaraq 16 milyard 821 milyon 558 min dollar, idxalı isə 2 milyard 202 milyon 766 min dollar və ya 23,8% artaraq 11 milyard 455 milyon 325 min dollar təşkil edib. Ötən ilin 10 ayı üzrə 6 milyard 718 milyon dollar olmuş xarici ticarət saldosu bu ilin eyni dövründə 5 milyard 366 milyon dollar təşkil edib (1 milyard 352 milyon dollar azalma).

 

İdxalın artmasının bir hissəsi Dövlət Neft Fondunun aldığı qızılı bu il ölkəyə gətirməsindən qaynaqlanır.

 

İxracın xarici ticarət dövriyyəsində xüsusi çəkisi 63.32%-dən 59.49%ə düşüb, idxalın xüsusi çəkisi isə 36.68%-dən 40.51%-ə yüksəlib.

 

OKTYABRDA DA İDXAL ARTIB

 

Oktyabr ayında ixrac 1 milyard 955 milyon 277 min dollar, idxal 1 milyard 77 milyon 71 min dollar, saldo isə 877 milyon 565 min dollar təşkil edib. Sentyabrda ixrac 1  milyard 346 milyon 434 min dollar, idxal 993 milyon 407 min dollar saldo 353 milyon 27 min dollar təşkil etmişdi.

15.11.2019 11:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ