Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda ilk dəfə: Bankı yaxşı idarə et və daha çox qazan

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilk dəfə: Bankı yaxşı idarə et və daha çox qazan
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni sədrə 3,85 milyon manatlıq səhm paketi təqdim olunacaq

 

Reklam_3_11

Xəbər verdiyimiz kimi Şakir Rəhimov “Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri təyin olunub. Diqqəti cəlb edən səhmdar olmayan bir şəxsin Bankda bir nömrəli vəzifəyə təyin olunmasıdır.

 

-“Bank Respublika” ASC-nin sahibi Natiq Quliyev “Marja”ya müsahibəsində bildirib ki, 28 Mart 2017-ci il tarixində keçirilmiş yığıncaqda da Səhmdarlar kapitalın yenidən 20 milyon manat artırılmasına qərar veriblər. Artım yalnız mövcud səhmdarlar tərəfindən nəzərdə tutulur:

 

“Biz bu artımı qısa müddətdə həyata keçirməyə planlaşdırırıq. Nəticədə nizamnamə kapitalının məbləği 77 milyona çatdırılacaq. Yeni səhmdarların cəlb olunması mövzusu gündəmdə deyil.

 

Əlavə olaraq, artımdan sonra nizamnamə kapitalının 5% hissəsi müşahidə şurasının yeni sədri qismində banka cəlb olunan Şakir Rəhimova təqdim olunacaq. Belə bir beynəlxalq təcrübənin bizim bankda tətbiqi, idarəetmədə iştirak edən şəxslərin bankın uzunmüddətli hədəflərində maraqlı olmasını təmin etmək məqsədini daşıyır. Mən, belə bir innovativ yanaşma vasitəsilə bank sistemində peşəkarların idarəetməyə cəlb olunmasını Azərbaycanda ilk dəfə tətbiq etməkdən məmnunluq hissi duyuram”.

 

Qeyd edək ki, 77 milyon manatın 5%-i 3 milyon 850 min manatdır.

 

Müsahibəni tam şəkildə buradan oxuya bilərsiniz.

31.03.2017 10:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ