Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan xam neft ixracını artıraraq gəlirinin azalmasının qarşısını alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan xam neft ixracını artıraraq gəlirinin azalmasının qarşısını alır

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində (10 ayda) Azərbaycandan 26 milyon 858 min ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilərək 12 milyard 965 milyon 270 min dollar əldə edilib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 24 milyon 195 min ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilərək 12 milyard 923 milyon 328 min dollar gəlir əldə edilmişdi.

 

Qısası, xam neft ixracı dəyər ifadəsində 11%, miqdar ifadəsində isə 0,3% artıb.

 

Qeyd edək ki, dünya bazarında neft qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə aşağıdır. Azərbaycan neft gəlirlərinin azalmasının qarşısını almaq üçün ixracın miqdarını artırıb. 

 

Neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixracının ümumi ixraca nisbəti 80.92%-dən 77.08-ə düşüb.

 

TƏBİİ QAZDAN GƏLİRLƏRİN ARTMASI DƏ MİQDARIN ARTMASINDAN QAYNAQLANIR

 

Azərbaycana təbii qaz ixracından daxil olan valyuta isə ötən ilin 10 ayında 1 milyard 209 milyon dollar ikən, bu ilin eyni dövründə 1 milyard 882 milyon dollar təşkil edib (673 milyon dollar artıb). Eyni zamanda təbii qazın ixracı miqdar ifadəsində 6 milyard 184 milyon kub metrdən 9 milyard 590 milyon kubmetrə artıb.

15.11.2019 12:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ