Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qlobal neft istehsalı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal neft istehsalı artıb

Qlobal neft hasilatı, Oktyabrda Sentyabr ayı ilə müqayisədə gündəlik 1,5 milyon barel artımla təxminən 101 milyon barelə yüksəlib.

 

"Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq neft bazarı hesabatına görə, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı Oktyabrda gündəlik 1,06 milyon barel artaraq 29 milyon 910 min barel təşkil edib.

 

Xam neft xaricindəki digər OPEC istehsalı isə gündəlik 5 milyon 480 min barel təşkil edib. OPEC-in cəmi neft istehsalı Oktyabrda gündəlik 1,25 milyon barel artımla 35 milyon 390 min barel baş tutub. 

 

OPEC-ə üzv olmayan ölkələrin neft istehsalı, bu dövrdə gündəlik 255 min barel artaraq 65 milyon 600 min barelə yüksəlib.

 

Beləcə, qlobal neft istehsalı Oktyabrda bir əvvəlki ayla müqayidədə gündəlik 1,5 milyon barel artaraq təxminən 101 milyon barelə yüksəlib.

 

Qlobal neft tələbi artacaq

 

Hesabatda, qlobal neft tələbinin 2020-də gündəlik ortalama 1 milyon 200 min barel artımla 101 milyon 500 min barel olacağı nəzərdə tutulur. Bir əvvəlki hesabatda gələn il neft tələbinin 1 milyon 300 min barel  artacağı təxmin edilmişdi.

15.11.2019 12:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ