Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"OPEC gələn il ciddi çətinliklə üzləşəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"OPEC gələn il ciddi çətinliklə üzləşəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) rəqiblərinin neft istehsalının artması fonunda 2020-ci ildə ciddi çətinliklə üzləşəcək.

 

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında deyilir.

 

Bildirilir ki, OPEC və kartellə əməkdaşlıq edən digər ölkələrin yaratdığı “OPEC plus” dövlətləri 2020-ci ildə daha güclü rəqiblərlə qarşılaşacaq və bu, gələn ay keçiriləcək toplantının əsas müzakirə mövzusu olacaq.

 

“OPEC plus” ölkələri xam neftlərinə olan tələbatın azalması və rəqiblərinin hasilatının gündəlik 1,8 milyon barreldən 2,3 milyon barrelədək artacağının gözlənilməsi səbəbindən ciddi problemlə üzləşəcək”, - deyə agentlik bildirib.

 

Qedy edək ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.

 

Xatırladaq ki, 2018-ci il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Azərtac 

15.11.2019 13:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ