Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İstixanalar qazın qiymətinin 10 qəpiyə endirilməsini istəyirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstixanalar qazın qiymətinin 10 qəpiyə endirilməsini istəyirlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı şəhərinin Xəzər rayonunda “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü ilə istixana sahibləri ilə görüş keçirilib.

 

Zirə mədəniyyət evində baş tutan görüşdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Xəzər rayonunun İcra Hakimiyyətinin başçısı Elşən Salahov və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev iştirak ediblər.

 

50-dək meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərinin problemləri dinlənilib. Onlar əsasən istixanalara verilən qazın hər kub metrinə görə qiymətin 20 qəpikdən 10 qəpiyə endirilməsini, borclarla bağlı güzəştlərin olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndiriblər.

 

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxış edərək bildirib ki, bu, artıq istixana sahibləri ilə 2-ci görüşdür, bundan öncə Şəmkir rayonunda müzakirələr aparılıb. Yaxın vaxtlarda Salyan rayonunda belə bir fikir mübadiləsi baş tutacaq. Ümumiyyətlə isə istixana sahiblərinin problemlərini dinləmək üçün tərtib ediləcək qrafik əsasında tez-tez görüşlərin təşkili nəzərdə tutulub. Sayğac tənzimləyicilərinin yerinin dəyişdirilməsi, borclu sahibkarların fəaliyyətinə köməklik göstərilməsi və digər məqamlarla bağlı məsələlərin həlli elə yerindəcə mümkün olub.

 

Qeyd edək ki, hazırda Bakı şəhərinin Xəzər rayonunda 161 iri sənaye, 138 xırda istixana sahibkarlıq obyekti fəaliyyət göstərir.

16.11.2019 05:46

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ