Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Agentlik sədri 2 rəisi vəzifədən azad etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Agentlik sədri 2 rəisi vəzifədən azad etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyi sahəsində şəffaflığın təmin olunması, yaranan neqativ hallarla mübarizə istiqamətində tədbirləri davam etdirir.

 

Agentliyin mətbuat xidmətindən verilən məlumata görə aşağıda adları qeyd olunan qurum əməkdaşları səmərəli fəaliyyət və sahibkarlıq subyektləri ilə münasibətdə şəffaf iş prinsiplərinə əməl etmədiklərinə görə Agentlik sədrinin müvafiq əmri ilə tutduqları vəzifələrdən azad ediliblər:

 

- Gəncə regional bölməsinin rəisi Abdullazadə Hüseyn Abdulla oğlu

 

- Gəncə regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Əzizov Kamran Kamal oğlu

 

- Lənkəran regional bölməsinin rəisi Bağırov Əlimuxtar Balağa oğlu

 

- Lənkəran regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi İsmayılov Habil Əli oğlu

 

NAĞD PUL 17%-DƏN

 

AQTA bəyan edir ki, qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərə kölgə salan və qurumun sağlam iş prinsiplərinə zidd hərəkətlərə yol verən əməkdaşların haqqında bundan sonra da ən ciddi tədbirlər görüləcək.

 

AQTA dəyərli iş adamlarına bir daha müraciət edərək bildirir ki, Agentlik əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlərlə üzləşdikdə dərhal müvafiq hüquq-mühafizə orqanlarına və ya AQTA-nın 1003 – Çağrı Mərkəzinə məlumat versinlər.   

16.11.2019 08:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ