Yenidən dünyanın ən varlı adamı oldu

“Microsoft” kompaniyasının qurucusu Bill Qeyts “Amazon” online-reteylerinin rəhbəri Ceff Bezosu qabaqlayaraq ikiillik fasilədən sonra yenidən “Bloomberg Billionaires Index” milyarderlər reytinqinə başçılıq edir.

 

"Bloomberg" agentliyinə istinadla xəbər verir ki, Bill Qeytsin reytinqdə ilk yerə çıxmasına “Microsoft” və Pentaqon arasında imzalanan və hərbi qurumun məlumatlarının saxlanılması üçün “bulud” infrastrukturunun qurulmasını nəzərdə tutan 10 milyard dollarlıq müqavilə səbəb olub. “Microsoft” aksiyalarının bahalaşması Bill Qeytsin varidatının artaraq 110 milyard dollara çatması ilə nəticələnib.

 

Dünyanın ən varlı insanları reytinqində ikinci pillədə 109 milyard dollarla “Amazon” kompaniyasınən rəhbəri Ceff Bezos, üçüncü pillədə isə aktivləri 103 milyard dollar həcmində qiymətləndirilən Fransanın “Louis Vuitton Moët Hennessy” kompaniyasının prezidenti Benua Arno qərarlaşıb.

 

Qeyd edək ki, “Bloomberg Billionaires Index” biznesmenlərin sahib olduqları aktivlərin bazar dəyərinə görə varidatlarını qiymətləndirir.

 

NAĞD PUL 17%-DƏN

 

© Azərtac 

16 Noyabr 2019 , 12:09   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin