Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tbilisidə müxalifət izdihamlı mitinq keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tbilisidə müxalifət izdihamlı mitinq keçirib

Gürcüstan birləşmiş müxalifəti noyabrın 17-də paytaxt Tbilisidə, parlamentin binası qarşısında etiraz aksiyası keçirib.

 

Reklam_3_11

Beş minə yaxın insanın iştirak etdiyi aksiyada növbədənkənar parlament seçkilərinin keçirilməsi, ölkədə proporsional seçki sisteminə keçid, müvəqqəti hökumətin yaradılması tələb olunub.

 

Tbilisidə Puşkin parkından başlayan yürüşün iştirakçıları da parlamentin binası qarşısında aksiyaya qoşulublar.

 

Gürcüstan Müstəqil Ekspertlər Klubunun prezidenti Soso Tsiskarisvili müsahibəsində deyib: “Biz ölkəmizdə demokratiyanın təmin olunması, hamının bərabər şəkildə, eyni hüquqlar çərçivəsində, qonşularla təmiz dostluq şəraitində yaşamasını istəyirik. Lakin indiki hakimiyyətdə bunu istəməyən qüvvələr var. Məqsədimiz onları hakimiyyətdən uzaqlaşdırıb, yeni, daha demokratik, Avropa dəyərlərinə sadiq dövlət qurmaqdır. İnanırıq ki, buna nail olacağıq”.

 

Siyasətşünas Simon Kopadze də aksiyadan böyük dəyişikliklər gözlədiyini bildirib: “Bu ilin iyununda indiki iqtidar proporsional seçki sisteminə keçidlə bağlı xalqa vəd verdi. Lakin bu vədə əməl etməyən iqtidar, əslində, bu addımı ilə bütün müxalifəti birləşdirdi. İnanıram ki, bu birlik çox şeyə nail olacaq”.

 

NAĞD PUL 17%-DƏN

 

© Azərtac 

18.11.2019 03:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ