Ən yuxarı (mobil)-2_30

13 bankın əməliyyat mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
13 bankın əməliyyat mənfəəti artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.

 

Reklam_3_11

Bunlar "Bank Respublika", "Express Bank", "Azərbaycan Sənaye Bankı", "Rabitəbank", "PAŞA Bank", "Zıraat Bank Azərbaycan", "Premium Bank", "Kapital Bank", "Bank BTB", "Xalq Bank", "Azərbaycan Beynəlxalq Bankı", İran Milli Bankının Bakı filialı və "Naxçıvan Bank"dır. Ən yüksək dinamika "Bank Respublika"da (3,4 dəfə), ən aşağı dinamika isə "Naxçıvan Bank"da (3%) qeydə alınıb.

 

7 bankın - "Turan Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank Avrasiya", "AFB Bank", "Muğan Bank", "Nikoyl Bank" və "Günay Bank"ın isə əməliyyat mənfəəti illik müqayisədə azalıb. Ən çox azalma "Günay Bank"da (66,%), ən az azalma isə "Turan Bank" və "Yapı Kredi Bank Azərbaycan"da (5,2%) qeydə alınıb.

 

4 bankın - Pakistan Milli Bankının Bakı filial, "Atabank", "AGBank", və "Bank of Baku"nun əməliyyat zərəri artıb. Ən yüksək dinamika Pakistan bankında (5 dəfə), ən aşağı dinaika isə "Bank of Baku"da (49,3%) qeydə alınıb.

 

2 bankın - "Amrah Bank" və "Bank VTB Azərbaycan"ın isə əməliyyat zərəri azalıb. Müvafiq olaraq 22% və 78,4%.

 

3 bank - "Access Bank", "Azər-Türk Bank",  və "Unibank" bu ilin 9 ayında əməliyyat mənfəəti əldə etsə də, ötən ilin eyni dövründə əməliyyat zərərinə uğrayıb, 1 bank - "NBC Bank" isə bu ilin yanvar-sentyabr aylarında əməliyyat zərəri ilə üzləşib, ötən ilin eyni dövründə isə əməliyyat mənfəəti əldə edib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

 

7 bank əməliyyat zərərinə uğrayıb

 

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-si bu ilin yanvar-sentyabr aylarında əməliyyat mənfəəti əldə etməyib.

 

Bunlar Pakistan Milli Bankının Bakı filialı, "NBC Bank", "Bank VTB Azərbaycan", "Atabank", "Amrah Bank", "AGBank" və "Bank of Baku"dur. Əməliyyat zərərinin ən aşağı həddi Pakistan bankında (347 min manat), ən yuxarı həddi isə "Bank of Baku"da (35,266 milyon manat) qeydə alınıb.

 

Qalan 23 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən aşağı göstərici "Turan Bank"da (661 min manat), ən yuxarı göstərici isə "Azərbaycan Beynəlxalq Bankı"nda (249,669 milyon manat) qeydə alınıb.

 

NAĞD PUL 17%-DƏN

 

© "Renkinq"

18.11.2019 06:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ