Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda tanınmış tikinti şirkəti bölündü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda tanınmış tikinti şirkəti bölündü

Azərbaycanda tanınmış tikinti şirkəti "Şərur" MTK bölünüb. 

 

"Marja" xəbər verir ki, “Şərur” Mənzil-Tikinti Kooperativi onun tərkibindən yeni “STİL TİKİNTİ 2019” Mənzil-Tikinti Kooperativinin ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

 

2001-ci ildə yaradılmış  "Şərur" MTK 123 min manat nizamnamə kapitalına malik olub. Şirkətin qanuni təmsilçisi İsfəndiyar Axundovdur.

 

2018-ci ilin Dekabr ayında  “Stil Tikinti” Mənzil-Tikinti Kooperativi “Şərur” Mənzil-Tikinti Kooperativinə qoşulmuşdu. “Stil Tikinti” MTK isə ləğv olunduğunu elan etmişdi. 


“Şərur” MTK isə “Stil Tikinti” MTK-nın ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan etmişdi.

 

2004-cü ildə yaradılmış “Stil Tikinti” MTK-nın qanuni təmsilçisi Mehti İsfəndiyar oğlu Axundovdur.  


Beləliklə, 2018-ci ilin Dekabr ayında “Şərur” MTK-ya “Stil Tikinti” MTK olaraq birləşən şirkət 2019-cu ildə “STİL TİKİNTİ 2019” MTK adı ilə ayrılır.

18.11.2019 07:08

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ