Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Ukrayna qapılarını satan şirkət cərimələnib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ukrayna qapılarını satan şirkət cərimələnib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatası “Steel Guard Azerbaijan” MMC-nin inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.

 

Yasamal Rayon Məhkəməsi protokola əsasən, şirkəti 8842 dollar cərimələyib.

 

Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

 

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 mart 2019-cu il qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

Qeyd edək ki, "Steel Guard Azerbaijan” MMC Ukraynanın "Steel Guard" firmasının istehsal etdiyi seyf qapılarının Azərbaycanda satışını həyata keçirir. 

 

NAĞD PUL 17%-DƏN

 

© "Report"

18.11.2019 07:37

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ