Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək - TƏYİNATLAR GÖZLƏNİLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək - TƏYİNATLAR GÖZLƏNİLİR

25 Dekabr 2019-cu il tarixində “Unibank Kommersiya Bankı” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.


“Marja” Bankın Bildirişinə istinadən xəbər verir ki, yığıncaqda aşağıdakı məsələnin müzakirəsi nəzərdə tutulub:

Reklam_3_11

 

 1. Bankın idarəetmə strukturuna daxil olan orqanlarına təyinatlar barədə.

 

 2. Bankın idarəetmə strukturuna daxil olan orqanların üzvlərinin əmək haqqının təyin edilməsi haqqında.

 

BU GÜNLƏRDƏ ELDAR QƏRİBOV BANKDAKI PAYINI KƏSKİN ARTIRIB

 

Xəbər verdiyimiz kimi, Eldar Qəribov Avropa Yenidənqurma və İnkişaf Bankının “Unibank”dakı payının bir hissəsini alaraq Bankdakı payını kəskin artırıb.

 

Bu günlərdə “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin iri səhmdarları arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında iştirak payı artaraq 41,9091%-dən 77,3839 %-ə qaldırılıb. Cənab Eldar Qəribov Bankın Nizamnamə kapitalındakı iştirak payınının əvvəlki səviyyəsini bərpa etməklə, onu bir az da artırıb. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak payi isə 9% təşkil edib.

 
Həmin əqd Bankın bütün səhmlərinin nizamnamə kapitalına olan faiz nisbətinin 35,4748 %-ni  təşkil edib.   

18.11.2019 08:00

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ