Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Bakı-Sumqayıt qatarına qiymətin artırılmasına əlim gəlmirdi"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bakı-Sumqayıt qatarına qiymətin artırılmasına əlim gəlmirdi"

"Bakı-Sumqayıt sərnişin qatarının gediş tariflərində cüzi artım olub. Düzü, qiymət artımına əlim gəlmirdi, ancaq məndən asılı olmayan səbəblər də var".

 

Bunu açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Cavid Qurbanov martın əvvəlində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tariflərində baş vermiş qiymət artımına münasibət bildirərkən deyib. 

 

"Bakı-Sumqayıt istiqamətində dəmir yolu ilə 1 sərnişinin daşınmasının maya dəyəri 3 manat təşkil edir. Tarif artımı isə minimal olub. Əhalini də çox yaxşı başa düşürük. Doğrusu, qiymət artımının olmasına əlim gəlmirdi. Lakin xərclərimiz çoxdur, məndən asılı olmayan səbəblər də var. Məsələn, enerji haqqının məbləği yüksəlib və s. Ucuz qiymət olduqda da göstərilən xidmət keyfiyyətsiz olur. Mən isə yaxşı xidmət göstərmək istəyirəm", - deyə C.Qurbanov əlavə edib. 

 

Xatırladaq ki, martın 3-dən etibarən xidmət xərclərinin balanslaşdırılması məqsədilə Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı Tarif Şurası tərəfindən hər xidmət sinfi üzrə 20 qəpik artırılıb.

 

© Report

 

31.03.2017 12:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ