Ən yuxarı statik reklam_3

Benzinin qiymətinin 3 dəfə artırılmasına etiraz davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Benzinin qiymətinin 3 dəfə artırılmasına etiraz davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İranda benzinin qiymətinin 50% və 3 dəfə artırılmasına görə ötən cümə günü başlayan etiraz aksiyaları davam edir.

 

"Marja" Fars Xəbər Agentliyinə istinadən xəbər verir ki, Tehran, Təbriz, Məşhəd, Ahvaz, İsfahan, Yezd, Kirman və Kereç başda olmaqla ölkə daxilində 1080 nöqtədə nümayiş təşkil edilib.

 

Nümayişçilər 100-dən çox bank filialını və 50-dən çox dükanı yandırıblar. Təxminən 1000 aktivist təhlükəsizlik gücləri tərəfindən həbs edilib. 

 

Aksiyalarda nümayişçilər və təhlükəsizlik əməkdaşlarından ölən və yaralılar var.

 

Təbriz Universitetinin kampusunda toplanan yüzlərlə tələbə də nümayiş təşkil edərək benzin qiymət artımına etiraz edib.

 

İran Milli Təhlükəsizlik Yüksək Şurası, nümayişlər səbəbilə internetə girişi dayandırıb. 

 

İran Milli Neft Məhsulları Satışı Şirkətinin daha əvvəl etdiyi açıqlamaya görə, dövlət tərəfindən subsidiya verilən (aylıq 60 litrə qədər) benzinin litrinin qiyməti 1000 tüməndən (40 qəpik) 1500 tümənə (60 qəpik) qaldırılıb. Avtomobilə bir ay ərzində 60 litrdən çox benzin alınması halında benzinin litr qiyməti isə 1000 tüməndən 3000 tümənə (1 manat 20 qəpik) qaldırılıb. 

18.11.2019 08:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ