Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Artıq “Startapın müəyyən olunması meyarları”nın layihəsi hazırlanıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Artıq “Startapın müəyyən olunması meyarları”nın layihəsi hazırlanıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İnnovativ layihələrin, bu sahədə startapların və KOB-ların dəstəklənməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mühüm fəaliyyət istiqamətlərindəndir. 


KOBİA  İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki,  Agentliyin Nizamnaməsində startapların qeydiyyatına və onların innovativ ideyalarının patentləşdirilməsinə, startapların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, innovativ sahibkarlığı təşviq etmək üçün startapların ali təhsil və elmi tədqiqat müəssisələri, sənaye və texnologiyalar parkları, texnoloji biznes inkubatorlarla qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsinə müvafiq dəstəyin göstərilməsi nəzərdə tutulur:

Reklam_3_11

 

"KOBİA startap şəhadətnaməsini verən səlahiyyətli qurum olaraq müəyyən edilib. Artıq “Startapın müəyyən olunması meyarları”nın layihəsi hazırlanıb və hazırda aidiyyəti qurumlar tərəfindən baxılmaqdadır. Meyarlarda “startap” şəhadətnaməsi əldə etmək üçün müraciət edən fiziki və hüquqi şəxslərə və onların innovativ məhsuluna dair tələblər müəyyən edilib. Sözügedən meyarlar təsdiq olunduqdan sonra “startap” şəhadətnamələrinin verilməsinə başlanılacaq. “Startap” şəhadətnaməsini almış mikro və ya kiçik sahibkarlıq subyektləri Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştlərindən yararlanmaq imkanını əldə edəcəklər".

 

Orxan Məmmədov əlavə edib ki, Agentliyin srtukturuna daxil olan və hazırda yaradılmaqda olan KOB İnkişaf Fondları ölkəmizdə KOB-ların maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, intellektual biznesin inkişafına təkan vermək məqsədilə yaradılır. Bu fondlar eyni zamanda sahibkarların alternativ maliyyə mənbələrindən faydalanmaları istiqamətində fəaliyyət göstərəcək.

 

NAĞD PUL 17%-DƏN

 

© "Report"

18.11.2019 08:43

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ