Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Holcim (Azərbaycan)"ın 216 min manatlıq iddiası təmin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
 "Holcim (Azərbaycan)"ın 216 min manatlıq iddiası təmin edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gəncə İnzibati-İqtisadi Məhkəməsində "Holcim (Azərbaycan)" ASC-nin “ABC-2016” MMC-yə qarşı borcun ödənilməsi ilə bağlı iddiasına baxılıb.

 

Hakim Kamil Rzayevin icraatında olan iş üzrə qərar elan edilib. Qərara əsasən, "Holcim (Azərbaycan)" ASC-nin “ABC-2016” MMC-yə qarşı 216 min 226 manat borcun ödənilməsi ilə bağlı iddiası təmin edilib.

 

Qeyd edək ki, iş materiallarına əsasən, “ABC-2016” MMC ilə "Holcim (Azərbaycan) "ASC arasındakı müqaviləyə əsasən, iddiaçı cavabdehə sement və klinker məhsullan satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öz öhdələrinə götürüb. Müqavilə əsasında cavabdehə sement və klinker məhsulları göndərilib. Lakin cavabdeh göndərilmiş məhsulların dəyərini tam olaraq ödəməyib. Bununla əlaqədar şirkətin "Holcim (Azərbaycan)"a 186 min 666 manat 70 qəpik əsas, 29 min 59 manat 60 qəpik cərimə (cəmi 216 min 226 manat 30 qəpik) borcu yaranıb.

 

Qeyd edək ki, 2012-ci ilin aprel ayında “Qaradağ Sement” ASC re-brendinq olaraq "Holcim (Azərbaycan)" ASC olub və dünyanın aparıcı sement təchizatçılarından olan "Lafargeholcim" Qrupun bir hissəsidir. 

 

NAĞD PUL 17%-DƏN

 

© "Report"

18.11.2019 12:28

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ