Ən yuxarı (mobil)-2_30

Azərbaycan hökuməti şərab istehsalının kəskin artacağını gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan hökuməti şərab istehsalının kəskin artacağını gözləyir

Azərbaycan hökuməti 2024-cü ilədək ölkədə şərab istehsalının artacağını proqnozlaşdırır.

 

Reklam_3_11

Hökumətin proqnozlarına görə, 2019-cu ilin yekunları üzrə 1 milyon 695,4 min dekalitr şərab (2018-ci illə müqayisədə artım 13%) istehsal olunacaq.

 

2020-ci il üçün şərab istehsalı 2 milyon 27,9 min dekalitr, 2021-ci il üçün 2 milyon 189,3 min dekalitr, 2022-ci il üçün 2 milyon 376,2 min dekalitr, 2023-cü il üçün 2 milyon 651,3 min dekalitr həcmində proqnozlaşdırılır.

 

Beləliklə, hökumətin proqnozlarına əsasən, 2024-cü ilədək Azərbaycanda şərab istehsalı 2019-cu illə müqayisədə 56,4% artacaq.

 

Prezident İlham Əliyev 2018-ci ilin mart ayında “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramı ölkədə şərabçılığın inkişaf etdirilməsinə, bu sahənin gəlirliliyinin və ixracat potensialının artırılmasına yönəlib. Qarşıda duran vəzifələrdən biri şərab ixracının 2026-cı ilədək 5 dəfə artırılması ilə bağlıdır.

 

2018-ci ildə Azərbaycanda 1 milyon 500,3 min dekalitr şərabçılıq məhsulları istehsal edilib. Bu dövrdə Azərbaycan üçün əsas ixrac bazarı Rusiya (618,3 min dekalitr) olub.

 

NAĞD PUL 17%-DƏN

 

© “İnterfaks-Azərbaycan”

18.11.2019 14:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ