Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Bu pulları almaq üçün fürsətdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu pulları almaq üçün fürsətdir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Pacific İnvestment Management" (Pimco) Asiyadakı inkişaf edən ölkə pul vahidlərinin ucuz olduğunu və üfüqdə görünən ticarət razılaşmasının (atəşkəs) alış üçün uyğun zaman yaratdığını açıqlayıb.


 

Fond idarə edilməsi üzrə məşhur şirkət "Pimco" Asiyada inkişaf edən ölkələrin valyutalarının 20 ilin ən ucuz səviyyələrinə yaxın olduğunu bildirib. Şirkət, ABŞ ilə Çin arasında yaxınlaşan ticarət razılaşmasının da alış üçün doğru zaman meydana gətirdiyini qeyd edib.

 

"Marja" xəbər verir ki, "Pimco"nun İnkişaf edən bazarlar üzrə portfel meneceri Roland Meith bəyəndikləri valyutalar arasında İndoneziya rupisi Malayziya rinqqiti olduğunu, Çin yuanı mövqesini də artırmağı qiymətləndirdiklərini söyləyib. Meith, ticarətlə əlaqəli pul vahidləri Cənubi Koreya, Sinqaur və Tayvanın pul vahidlərində qısa mövqelərini də azaltdıqlarını bildirib. (Valyuta cütlüyünün düşəcəyi düşünülərək satış edilməsinə qısa mövqe (short position), valyuta cütlüyünün yüksələcəyi düşünülərək alış edilməsinə uzun mövqe (long position) deyilir)

 

Meith "Modellərimizə görə, inkişaf edən bazarlar son 20 ildəki ən ucuz səviyyələrə yaxındır. Bu da pul vahidlərini almaq üçün fürsət yaradır" ifadəsini istifadə edib. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

Dünyanın ən böyük 2 iqtisadiyyatı ABŞ ilə Çinin ticarət razılaşmasına yaxınlaşmaları işarələri ilə inkişaf edən ölkə aktivləri "ralli" edir. Ağ Evin İqtisadi müşaviri Kudlow keçən həftə ticarət razılaşmasının ilk fazası mövzusunda son mərhələyə yaxınlaşdıqlarını açıqlamışdı. 10 regional pul vahidinin dollar qarşısındakı performansını izləyən Bloomberg JPMorgan Asiya Dollar İndeksi Sentyabrda 10 ilin ən aşağı səviyyəsinə enməsindən bu yana % 2.1 yüksəlib.

 

Əksər Asiya pul vahidi üzrə müsbət olan "Pimco" Hind rupisi üçün eyni fikirdə deyil. Mieth, "Hindistandakı digər trendləri, xüsusilə "Moody's"in son endirimini nəzərə alaraq Rupi üzrə daha təmkinliyik" ifadəsini istifadə edib. Rupi "Moody's'"in 8 Noyabrda ölkənin reytinqinin proqnozunu mənfiyə salması ilə 0.5 % dəyərdən düşmüşdür.

 

Mieth inkişaf edən bazarlar üçün ən böyük riskin ticarət müzakirələrinin tərsinə dönməsi və qlobal durğunluq təhdidi olduğunu vurğulayıb. 

 

Mieth, Honq Konqdakı etirazlar səbəbilə yaranan mənfi hissin, Çinin hərbi müdaxilə kimi daha aktiv tədbirlər görməməsi müddətcə digər bazarlara yoluxuculuq təsiri olmayacağını nəzərdə tutur.

 

Mütəxəssis, Asiyada Çin və Hindistan xaricindəki ölkələrin faiz endirim dövrlərinin sonuna yaxın olduqlarını da sözlərinə əlavə edib.

19.11.2019 05:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ