Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Faiz mövzusunda etiraz etdim"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Faiz mövzusunda etiraz etdim"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp, Fed sədri Powell-ə ABŞ-da faizin yüksək olmasına görə "etiraz" etdiyini söyləyib.


 

Reklam_3_11

ABŞ Prezidenti Donald Tramp, Bazar ertəsi günü Fed sədri Jerome Powell (Cerom Pauel) ilə keçirdiyi görüşdə, digər inkişaf etmiş ölkələrə müqayisədə çox yüksək olduğunu düşündüyü ABŞ faizləri mövzusunda "etiraz" etdiyini söyləyib.

 

"Marja" xəbər verir ki, Bazar ertəsi günü Jerome Powell , ABŞ Prezidentinin istəyilə, iqtisadi məsələləri müzakirə etmək üçün Ağ Evdə Donald Tramp və Xəzinə Naziri Steven Mnuchin (Stivin Mnuçin) ilə görüşüb. Beləliklə, Prezidentin ABŞ Mərkəzi Bankı Fed-i dəfələrlə tənqid etdiyi bir mühitdə, Tramp və Powell bu il ikinci dəfə üz-üzə görüşmüş olub.

 

Fed, görüşdən sonra yaydığı açıqlamada, görüşdə Powell-in şərhlərinin Konqresdə keçən həftə etdiyi çıxışı ilə uyğun olduğunu qeyd edib və görüşün Prezidentin dəvəti ilə reallaşdığını vurğulayıb. 

 

Fed-in açıqlamasında, "Powell, pul siyasətinin tamamilə iqtisadiyyatın vəziyyətinə bağlı gələn məlumatlardan asılı olacağı fikirini təkrarlayıb. Pul siyasətinə dair gözləntilərini dilə gətirməyib" deyilir.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

Tramp, gələn il keçiriləcək prezident seçkisində təkrar seçilə bilmək üçün icra edəcəyi kampaniyada iqtisadi mövzulara üstünlük verəcək.O uzun müddətdir Fed-i tənqid edir. Tramp hesab edir ki, Fed-in faizləri yüksək səviyyələrdə olmasayfı ABŞ iqtisadiyyatı daha sürətli artardı.

 

Tramp görüşdən sonra sosial media platforması "Twitter" yolu ilə etdiyi açıqlamada, çox yaxşı və çox səmimi bir yığıncaq reallaşdırdıqlarını, yığıncaqda, faiz, mənfi faiz, aşağı inflyasiya, dolların güclü gedişi və bunun emal sektoru üzərindəki təsiri, Çin, Avropa Birliyi və digərləri ilə ticarət və s. mövzulara toxunulduğunu qeyd edib. Ancaq Tramp, bunun ardından göndərdiyi "tweet"də, faizləri etiraz etdiyindən bəhs edib.

 

Dollar, avronun dəyər qazandığı bir mühitdə, Trampun Powell ilə danışdığı mövzular arasında mənfi faizin də yer aldığı xəbərin ardından seansın ən aşağı səviyyəsinə düşüb. 

 

Powell keçən həftə Konqresdə etdiyi çıxışında, ABŞ iqtisadiyyatının performansını "ulduz" olaraq xarakterizə edib və rekord uzun müddətdəki iqtisadi inkişafın yolunda gedəcəyinə olan güclü etibarını dilə gətirib. Powell və digər Fed rəsmiləri etdikləri açıqlamalarda, Avropa ya da Yaponiya tərzi mənfi faizin ABŞ üçün uyğun olmadığını söyləyiblər.

19.11.2019 06:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ