Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Kapital Bank filiallarını yeniləməyə davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank filiallarını yeniləməyə davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Daha öncə məlumat verildiyi kimi cari ildə Bankın Naxçıvan Muxtar Respublikası ərazisində olan filiallarında biznes proseslərin və filialların transformasiyası layihəsini həyata keçirilir. Layihə çərçivəsində bütün filiallarda 5 ay ərzində biznes proseslər optimizasiya olunub, 4 filialda əsaslı yenidənqurma işləri artıq yekunlaşıb, o cümlədən digər 4 filialda işlər davam etməkdədir.

 

Hazırki mərhələdə layihə çərçivəsində Kapital Bank-ın Naxçıvan və Culfa filialları əsaslı təmir olunaraq, müştərilərin istifadəsinə verilib. Naxçıvan filialı, Naxçıvan MR, Nахçıvаn şəhəri,  İstiqlаl küçəsi 85, Culfa filialı isə Culfа şəhəri,  H.Əliyеv prospеkti 43 ünvanında yerləşir. Filiallar müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

 

Kapital Bank-ın Naxçıvan və Culfa filialları, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

 

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 50-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 25-dən çox yeni filial və şöbə istifadəyə verilib. Bundan əlavə cari il ərzində Bakı, region və Naxçıvan MR əraziləri üzrə 9 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 5 yeni struktur bölmə (şöbə və filial)  istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. 

19.11.2019 07:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ