Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

11 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
11 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 11-i bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlara vəsait ayırmayıb.

 

Həmin banklar Pakistan Milli Bankının Bakı filialı, "NBC Bank", "Bank Avrasiya", "Bank BTB", "AGBank", "Atabank", "Bank VTB Azərbaycan", "Express Bank", "Unibank", "Azərbaycan Beynəlxalq Bankı" və "Bank of Baku"dur. Bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə müxtəlif məbləğlərdə qənaət ediblər. Qənaətin ən aşağı həddi Pakistan bankında (50 min manat), ən yüksək həddi isə "Bank of Baku"da (75 milyon 996 min manat) qeydə alınıb.

 

Qalan 19 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Bu baxından ən aşağı göstərici "Premium Bank"da (186 min manat), ən yüksək göstərici isə "Access Bank"da (104 milyon 735 min manat) qeydə alınıb.

 

7 bankın xüsusi ehtiyatlara ayırmaları azalıb

 

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

 

Bunlar "Muğan Bank", "Bank Respublika", "PAŞA Bank", "Naxçıvan Bank", "Zıraat Bank Azərbaycan" və "Kapital Bank"dır. Ən yüksək dinamika "Muğan Bank"da (2,6 dəfə), ən aşağı dinamika isə "Kapital Bank"da (8,3%) qeydə alınıb.

 

9 bankın - "Xalq Bank", "Amrah Bank", "Yapı Kredi Bank Azərbaycan", "AFB Bank", "Turan Bank", "Rabitəbank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank" və "Nikoyl Bank"ın isə xüsusi ehtiyatlara ayırmaları illik müqayisədə azalıb. Ən çox azalma "Nikoyl Bank"da (87,2%), ən az azalma isə "Xalq Bank"da (13,6%) qeydə alınıb.

 

7 bankın - "Express Bank", Pakistan Milli Bankının Bakı filialı, "Atabank", "Bank of Baku", "Bank BTB", "NBC Bank" və "Unibank"ın isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti artıb. Ən yüksək dinamika "Express Bank"da (11,9 dəfə), ən aşağı dinamika isə "Unibank"da (44,9%) qeydə alınıb.

 

1 bankın - "Azərbaycan Beynəlxalq Bankı"nın isə xüsusi ehtiyatlar ayırmalar üzrə qənaəti azalıb - 28,5%.

 

4 bank - "Access Bank", "Azər-Türk Bank", İran Milli Bankının Bakı filialı və "Premium Bank" bu ilin 9 ayında xüsusi ehtiyatlara vəsait ayırıb, ötən ilin eyni dövründə isə bu istiqamətdə qənaət edib, 3 bank - "AGBank", "Bank Avrasiya" və "Bank VTB Azərbaycan" isə bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə bu istiqamətdə vəsait ayırıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

 

NAĞD PUL 17%-DƏN

 

© "Renkinq"

19.11.2019 07:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ