Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Çay, Çəltik, Sitrus Festivalı keçiriləcək - TARİX

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çay, Çəltik, Sitrus Festivalı keçiriləcək - TARİX

Noyabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “III Çay, Çəltik, Sitrus Festivalı” keçiriləcək.

 

Reklam_3_11

Festival səhər saatlarında şəhərin Heydər Əliyev xatirə parkında başlayacaq və günboyu davam edəcək.

 

Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədiləcək parkda “Çayımızın dadı var”, “Süfrələrin bəzəyi - Lənkəranın düyüsü”, “Sitrus bağlarının möcüzəsi”, “Gözəlliyi damla-damla topladıq”, “Qonaq evin ruzi-bərəkətini artırar” “Lənkəranın şirnisi-ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılacaq, bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək, yerli müəssisələr, fermerlər, turizm obyektləri tərəfindən iştirakçılar üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı təşkil olunacaq. Bundan başqa festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksəkkeyfiyyətli yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Appolla” “Campo” və s. düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunacaq.

 

Festivalda bədii özfəaliyyət kollektivləri ədəbi-bədii kompozisiyalarla çıxış edəcək, rəngarəng müsiqi nömrələri ifa olunacaq, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar göstəriləcək.

 

NAĞD PUL 17%-DƏN

19.11.2019 07:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ