Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hesab.az-da “Masterpass”la bir toxunuşla ödəniş edin!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesab.az-da “Masterpass”la bir toxunuşla ödəniş edin!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Hesab.az daha bir yeniliyi istifadəçilərinə təqdim edir.

 

Reklam_3_11

İstifadəçilərinin rahatlığını düşünən bir portal olaraq, Hesab.az dünyada baş verən texnoloji yenilikləri öz sisteminə tətbiq edərək, funksionallığını həmişə daha da inkişaf etdirir. Artıq Hesab.az veb səhifəsində “Masterpass”la bir toxunuşla və təhlükəsiz ödəniş etmək mümkün olacaq.

 

Belə ki, əgər “Masterpass”da öncədən saxlanılan kartınız varsa, ödəniş mərhələsinə keçdiyiniz zaman sizə ödəniş etməyiniz üçün həmin kartlar təklif olunacaq. Təsdiqlədiyiniz zaman telefon nömrənizə təhlükəsizlik kodu göndəriləcək. Təhlükəsiz şəkildə ödəməniz uğurla başa çatacaq. Əgər “Masterpass”da öncədən saxladığınız kartınız yoxdursa, sizə “”Masterpass”da kartınızı saxlayın” bildirişi görünəcək. Kart məlumatlarınızı daxil edərək “Masterpass”da kartınızı bir neçə saniyədə yaddaşda saxlaya biləcəksiniz. Növbəti dəfə ödəniş edilən zaman istifadəçinin qeydiyyatdan keçirdiyi kartlar avtomatik olaraq görünəcək.

 

Eyni zamanda siz, Hesab.az-da saxladığnız kartlar seçimi ilə də ödənişinizi həyata keçirə biləcəksiniz.

 

Məlumat üçün qeyd edək ki, “Masterpass” platforması “Mastercard”ın qlobal olaraq təqdim etdiyi, bir toxunuşla sürətli və təhlükəsiz ödəniş həllidir. “Masterpass”la kart məlumatları təhlükəsiz şəkildə “Mastercard” tərəfində yadda saxlanılır. Kart məlumatları “Masterpass”a sadəcə bir dəfə daxil edilir və bundan sonra hər ödəniş zamanı məlumatı yenidən daxil etməyə ehtiyac qalmır.

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

 

19.11.2019 13:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ