Azərbaycanda Rusiya şokoladlarının bazar payı artır - 73%-ə ÇATIB
Azərbaycan 2019-cu ilin yanvar-sentyabr aylarında 30 milyon 418,78 min dollar məbləğində şokolad idxal edib. Bu barədə hökumətdən məlumat verilib.
"Yanvar-sentyabr aylarında Azərbaycan 30 milyon 419 min dollar dəyərində 12164 ton şokolad idxal edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi miqdar ifadəsində 6,9%, dəyər ifadəsində 13% artıb", - deyə məlumatda bildirilir.
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Cari ilin 9 ayı ərzində Rusiyadan 20 milyon 469 min dollar dəyərində (artım 22,3%) 8802 ton (artım 16,9%) şokolad idxal edilib. 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana şokolad idxalının 72,3%-i Rusiyanın payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukraynadır. Yanvar-sentyabr aylarında bu ölkədən 2 milyon 901 min dollar dəyərində 1558 ton məhsul idxal edilib.
Eyni zamanda, Azərbaycan yanvar-sentyabr aylarında 3 milyon 156 min dollar dəyərində (artım 21,4%) 1,5 min ton (artım 24,2%) şokolad ixrac edib. Rusiyaya 1 milyon 789 min dollar məbləğində (artım 48,7%) 835 ton (artım 46,44%) şokolad ixrac edilib.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 22 saat əvvəl
-
22 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
23 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl