Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Xəzinə 25 milyon manat borc aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəzinə 25 milyon manat borc aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət qısamüddətli istiqrazlarına tələb təklifi 5 dəfə üstələyib.


 

19 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25 milyon  manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

Hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 91.7846  AZN (9%) və 94.3689 AZN (6%) olan 23 sifariş təqdim edilib.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3246 (6.05%), orta ölçülmüş qiyməti 94.3285 (6.0456%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 125 milyon 18 min manat, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edib.

 

İstiqrazların ödəmə tarixi 17 noyabr 2020-ci  il.

 

Hərrac iştirakçıları 20 noyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

19.11.2019 13:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ