Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda ödəniş kartlarının funksiyalarına dair tələblər dəyişib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ödəniş kartlarının funksiyalarına dair tələblər dəyişib

Azərbaycanda ödəniş kartlarının funksiyalarına dair tələblər dəyişib.

 

Reklam_3_11

Bu, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

 

İndiyə qədər kartla təmassız ödənişlər yalnız belə əməliyyatları dəstəkləyən  avadanlıqlar vasitəsilə həyata keçirilib. Emitent (və ya ekvayer) tərəfindən daha aşağı limit müəyyən edilmədikdə POS-terminal vasitəsilə 50 manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kod daxil edilməklə aparılıb. Kartla bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsilə nağd pul vəsaitinin əldə olunması yalnız kart istifadəçisi tərəfindən PİN-kodun daxil edilməsi ilə həyata keçirilib.

 

Dəyişikliyə əsasən, təmassız ödənişlər belə əməliyyatları dəstəkləyən bankomat, POS-terminal və ya digər ödəniş terminalları vasitəsilə həyata keçiriləcək. Emitent və (və ya) ekvayer tərəfindən daha aşağı limit müəyyən edilmədikdə bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə 50 manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kodun daxil edilməsi və ya emitent tərəfindən kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq edilən digər üsulların istifadə edilməsi ilə aparılacaq. Bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə nağd pul vəsaitinin əldə olunması kart istifadəçisi tərəfindən PİN-kodun daxil edilməsi və ya emitentin kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq etdiyi digər üsulların istifadə edilməsi ilə həyata keçiriləcək.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

19.11.2019 14:38

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ