Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Saxta "kupça"ya əsasən mənə "kupça" verilib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Saxta "kupça"ya əsasən  mənə "kupça" verilib"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bu Şəhərdə”nin ssenaristi Müşviq Abbasovun evinin əlindən alınması ilə bağlı məhkəmə çəkişməsi davam etdirilir.

 

Bu barədə M.Abbasovun özü sosial şəbəkədə məlumat yayıb.

 

O bildirib ki, Taleh Həsənov 2006-cı ildə öz baldızı qızı, fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Gülrux Həsənovanın adına “Təməl-N” MTK-dan ev alıb: “Hadisədən 3 il sonra Taleh Həsənov dünyasını dəyişib. Taleh Həsənov özü o evə gəlib-getsə də, onun həyat yoldaşı Mehriban Həsənova heç vaxt orda olmayıb, yaşamayıb və onun adınada heç vaxt heç bir sənəd olmayıb. Lakin Mehriban Həsənova ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib”.

 

M.Abbasov qeyd edib ki, 2013-cü ildə Gülrux Həsənovadan həmin evi 145 min dollara alıb: “Evin də "kupçası" saxta imiş və saxta çıxarışa əsasən də mənə çıxarış verilib. Hətta bu belə olduğu halda mənim nə günahım var? Axı bu alqı-satqını 5 saylı dövlət notariusu təsdiqləyib və sonra Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ona əsasən mənə çıxarış verib”.

 

Ssenaristin sözlərinə görə, 6 ildən sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova onun evinin əlindən alınması ilə bağlı qərar çıxarıb.

 

M.Abbasov deyib ki, məhkəmə qərarından kassasiya şikayəti verib. Şikayətə noyabrın 25-də Ali Məhkəmədə hakim Elşanə Vəliyevanın sədrliyi ilə baxılacaq.

 

Qeyd edək ki, bu iş üzrə M.Həsənova G.Həsənovanı, ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsini məhkəməyə verib. Üçüncü şəxs qismində isə “Təməl-N” MTK göstərilib. Yasamal Rayon Məhkəməsinə müraciət edən M.Həsənova alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mülkiyyət hüquqlarının bərpa edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı rədd edib. Həmin qərardan narazı qalan M.Həsənova apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, qətnamə ləğv edilib, iddia təmin olunub.

20.11.2019 07:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ