Mobil manşet üstü reklam_21

Azərbaycanda sement istehsalı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda sement istehsalı azalıb

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 milyon 853,9 min ton sement istehsal edilib.

 

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki,  əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə sement istehsalı 2% azalıb.

 

“Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 3,8 faiz artaraq 648,7 milyon manat təşkil etmişdir. Tikinti kərpicinin istehsalı 41,4 faiz, tikinti əhənginin istehsalı 51,1 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 27,8 faiz artmış, sementin istehsalı 2,0 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 55,4 faiz, tikinti gipsinin istehsalı 71,7 faiz azalmışdır”,- Komitənin aylıq hesabatında deyilir.

20.11.2019 08:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ