Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Hesab.az-dan SABAH qrupu tələbələri üçün növbəti təlim!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesab.az-dan SABAH qrupu tələbələri üçün növbəti təlim!

(®) Hesab.az onlayn ödəniş portalı tələbələr üçün növbəti seminarını  həyata keçirib. Qeyd edək ki, hər zaman gənclərin təhsil və şəxsi inkişafına dəstək olan Hesab.az onlayn ödəniş portalı dəfələrlə faydalı ödənişsiz təlim, seminarların təşkil olunmasında iştirak etmiş, sosial tədbirlərə dəstək olmuşdur.

 

Reklam_3_11

Bu dəfəki seminar, GoldenPay şirkətinin İdarə Heyətinin Üzvü, Məhsulların inkişafı və Marketinq üzrə direktor Tuğba Uçar və GoldenPay şirkətinin layihə rəhbəri, fəlsəfə elmləri doktoru Fəxri Hüseynovun iştirakı ilə SABAH qrupu tələbələri üçün "Marketinq planı necə hazırlanmalı?" və "Start-upın yaradılması" mövzusunda Bakı Dövlət Universitetində baş tutdu.

 

Seminarda marketinqin strateji planlaşdırılması, rəqabət mühitinin təhlili, müştələrin təhlili, rəqiblərin təhlili, bazar məqsədlərinin seçilməsi, xidmətlərə və müştərilərə münasibətdə üstünlük əsasında rəqabət haqqında danışıldı. Eyni zamanda, startapların əsas mərhələsi, layihələrin hazırlanması və maliyyə vəsaitlərinin cəlb edilməsi, iştirakçılara öz bizneslərini inkişaf etdirməkdə donor təşkilatların rolu haqqında geniş məlumat verilib.Gənclərin suallarını cavablandıran Hesab.az əməkdaşları, onlara dəyərli məsləhətlər də veriblər.

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

20.11.2019 08:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ