Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Azərxalça”nın yeni filialının ilk xalçaları kəsilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərxalça”nın yeni filialının ilk xalçaları kəsilib

Bu ilin avqust ayında fəaliyyətə başlayan “Azərxalça”nın İsmayıllı rayonundakı yeni filialının ilk xalçaları kəsilib.

 

Reklam_3_11

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu münasibətlə keçirilən tədbirdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov son illər ölkəmizdə  xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb.

 

Bildirilib ki, 2016-cı ildə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti genişləndirilir, filiallarının sayı artırılır. Səhmdar Cəmiyyətin artıq 21 filialı fəaliyyət göstərir. İsmayıllı yeganə rayondur ki, burada 2 xalça istehsalı emalatxanası yaradılıb. İsmayıllıdakı birinci xalça fabriki 2018-ci il avqust ayının 25-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. “Azərxalça”nın İsmayıllı filialının açılışından sonra ölkə rəhbəri İsmayıllıda daha bir xalça emalatxanasının tikilməsi üçün Sərəncam imzalayıb. Bu gün filialın ilk xalçaları kəsilir.  

 

Vidadi Muradov deyib ki, İsmayıllı Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Şirvan bölgəsində xalçaçılıq sənəti tarixən inkişaf edib. Zəngin boyaq bitkiləri Şirvanda xalçaçılığın inkişafına müsbət təsir göstərib. Şirvanda toxunan xalçalar orijinal bədii tərtibatı, rəng seçimi ilə yadda qalıb. İsmayıllıda fəaliyyət göstərən filiallarda çalışan toxucular bu ənənələri davam etdirməli, xalçaçılığın yaşadılmasına öz töhfələrini verməlidirlər.

20.11.2019 08:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ