Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İstixanaların sayı və sahəsi artsa da pomidorun istehsalı dəyişməyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstixanaların sayı və  sahəsi artsa da pomidorun istehsalı dəyişməyib

2019-cu il oktyabr ayının 1-nə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 3007 vahid istixana fəaliyyət göstərmişdir.

 

“Marja” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.

 

Hesabatda qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların ümumi sayında 3,3 faiz, onların sahəsində isə 6,3 faiz artım olmuşdur. 

 

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 0,1 faiz artaraq 189 min 200 ton, xiyarın istehsalı isə 7,2 faiz artaraq 11,6 min ton olmuşdur. 

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində (10 ayda) Azərbaycandan 147 milyon 606 min dollar dəyərində 139 min 576 ton pomidor ixrac olunub.

20.11.2019 08:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ