Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Audi e-tron Sportback modeli təqdim olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Audi e-tron Sportback modeli təqdim olundu

(®) Audi markası “Elektrikləşmə gələcəyimizdir” strateji fəaliyyət istiqamətinə sadiq qalaraq e-tron elektromobillər xəttinə yeni bir model əlavə edib.

 

Reklam_3_11

Dinamik və eyni zamanda ətraf mühitə 0 zərər verən yeni Audi e-tron Sportback Los Anjelesdə təqdim olunub. Bu avtomobil 4-qapılı kupe, SUV və elektrik avtomobilin proqressiv xarakterini özündə birləşdirir. Singleframe barmaqlığı, əzələli gövdə, təkərlərin ətrafında güclü, dinamik cizgilər və arxa hissənin kupe formasında olması Audi-nin dizayn siyasətini özündə əks etdirir. Qabarit ölçülərində uzunluq - 4901 mm, en -  1935 mm, hündürlük 1616 mm təşkil edir.

 

Bu avtomobilin premyerası ilə Audi dünyada daha bir yeniliyə imza atıb. DML- Digital Matrix LED fənərlər seriya avtomobilində ilk dəfə tətbiq olunan yeni funksiyadır! Bu işıqlar kiçik pikselllərə bölünərək müstəsna dəqiqliklə idarə oluna bilir və yollarda görüntünü maksimum aydın edir. Fənərlər DMD (Digital Micromirror device - rəqəmsal mikrogüzgülər) cihaz texnologiyasının əsasında qurulub. DML kiçik çipdən ibarətdir. Bu çip 1 milyon mikrogüzgünü özündə birləşdirirərək işıqlandırmanı daha mükəmməl edir. Bununla da Audi özünün “Vorsprung durch Technik” şüarına sadiq qalaraq avtomobil işıqlandırma sistemlərində lider olduğunu bir daha sübut edir.

 

İnteryerdə MMİ touch response sistemi ilə iki displeydə sürücü əyləncə, telefon, naviqasiya, e-tron modellərinə aid xüsusi opsiyaları rahatlıqla idarə edə bilər. Həmçinin 12.3’ ölçülü Audi Virtual Cockpit standart opsiya kimi avtomobildə öncədən quraşdırılır. Audi e-tron sportback Avropa bazarına bu avtomobil 2020-ci ilin yaz aylarında təqdim olunacaq.

 

Texniki göstəricilər

Mühərrik: 55 quattro

Maksimal güc: 300 kVt (405 at gücü)

Fırlanma anı: 664 Nm

Sürətlənmə 0-100 km/saat : 5.57 san. (test), 5.7 san. (rəsmi)  

Maksimal sürət:  200 km/saat

Dolu batareyalarla yürüş potensialı: 446 km (WLTP dövründə)

20.11.2019 08:53

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ