Çinin Baş Ticarət Müzakirəçisi Liu He, danışıqlar Honq Konq gərginliyi və digər məsələlər ilə uzanmış olsa da, ABŞ ilə ticarət razılaşması imzalanacağı mövzusunda təmkinli optimist olduğunu söyləyib.
"Bloomberg"in xəbərinə görə, Çin Baş Nazirinin müavini olan Liu He, Pekində qatıldığı axşam yeməyində dövlətin şirkətlərdə paylarına dair islahatlar, maliyyə sektorunun açılması, əqli və sənaye mülkiyyət haqqları kimi mövzuları ehtiva edən ABŞ ilə danışıqlara dair açıqlamalar verib.
Liu He, ABŞ-ın tələblərinin qarışıq olduğunu, lakin birinci faza ticarət razılaşmasının hər vəziyyətdə imzalanacağını bildirib.
ABŞ Prezidenti Donald Tramp bir ay əvvəl ticarət razılaşmasının ilk fazasını açıqlayandan bu yana, hər iki tərəfin də şərhləri bazarlara təsir edir.