"Aşağı inflyasiya faiz endirimi qərarını təsdiqləyir"

ABŞ Mərkəzi Bankı (Fed) Açıq Bazar Komitəsinin (FOMC) 29-30 Oktyabr tarixli yığıncağına aid protokollar dərc edilib. 

 

"Marja" xəbər verir ki, protokollarda, "Əksər Komitə üzvünə görə aşağı inflyasiya faiz endirimi qərarını təsdiqləyir. Əhəmiyyətli dəyişiklik olmadığı müddətcə son endirimdən sonra faiz uyğun səviyyədədir.  Fed üzvlərinə görə mənfi faiz ABŞ üçün uyğun bir vasitə deyil. Bir çox üzv inflyasiya proqnozlarının daha çox düşməsindən narahatdır" ifadələrinə yer verilib. 

 

Protokollarda qlobal yavaşlamanın ABŞ iqtisadiyyatına zərər vermə riskinin önə çıxdığı, Fed-in qlobal yavaşlamaya və aşağı inflyasiyaya qarşı "sığorta olaraq" faiz endirdiyi qeyd edilib.

 

İclasda bir neçə üzv orta müddətdə durğunluq ehtimalının azaldığını bildirib, bəzi üzvlər aşağı inflyasiyanın müvəqqəti olduğunu hesab etdiklərini deyiblər. 

21 Noyabr 2019 , 08:53   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin