"ABŞ - Çin birinci mərhələ ticarət razılaşması bu il imzalanmaya bilər"

"Reuters" qlobal informasiya agentliyinin ticarət mütəxəssisləri və Ağ Evə yaxın mənbələrə istinadən yaydığı xəbərinə görə, Çinin daha geniş gömrük tariflərinin ləğv edilməsi təzyiqi, Vaşinqtonun isə öz tələblərinə üstünlük verməsilə birinci mərhələ ticarət razılaşması 2020-ci ilə qala bilər.

 

ABŞ Prezidenti Donald Tramp və ABŞ Xəzinə Naziri Steven Mnuchin, 11 Oktyabrdakı mətbuat konfransında ticarət razılaşmasının beş həftə ərzində imzalana biləcəyini söyləmişdilər. 


Çərşənbə günü Trampdan ticarət razılaşmasının son vəziyyəti soruşulduğunda,"Çin razılaşma üçün istədiyim səviyyədə səy sərf etmir" deyib. 

 

Pekin rəsmiləri Çin Dövlət Başçısı Xi Jinping və ABŞ Prezidenti Donald Trampın ticarət razılaşmasını dekabr ayının əvvəlində imzalaya biləcəklərini açıqlayıblar. 

 

Daha əvvəl ABŞ, 15 dekabrdan dekorasiyalar, yeni il hədiyyələri, elektronika məhsullarının da daxil olduğu 156 milyard dollarlıq Çin məhsuluna vergi tətbiq olunacağını açıqlayıb. Bəzi mütəxəssislər bu tarixi izləmək lazım olduğunu bildirirlər.

21 Noyabr 2019 , 09:09   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin