Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“İnvestAZ” Odlar Yurdu Universitetində seminar keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İnvestAZ” Odlar Yurdu Universitetində seminar keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Odlar Yurdu Universitetində “İnvestAZ İnvestisiya Şirkəti” QSC-nin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında Maliyyə bazarlarında praktik fəaliyyət və əldə edilmiş uğurlar” mövzusunda seminar keçirilib.

 

Reklam_3_11

Seminarda universitetdə iqtisadçı kadrların hazırlanması istiqamətində yerinə yetirilən işlər haqqında geniş məlumat verilib. Bildirilib ki, universitetdə mütəmadi olaraq bu istiqamətdə seminar, görüş və tədbirlər həyata keçirilir. Həmçinin hər il tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə "Karyerada ilk addım" devizi altında əmək yarmarkası təşkil edilir.

 

“İnvestAZ İnvestisiya Şirkəti” QSC-nin Tədris üzrə meneceri Rövşən Məmmədov “Azərbaycan Respublikasında Maliyyə bazarlarında praktik fəaliyyət və əldə edilmiş uğurlar” mövzusunda ətraflı çıxış edib. Qeyd olunub ki, Maliyyə bazarlarının təhlili və proqnozlaşdırılması ona görə əhəmiyyətlidir ki, onun tərkibinə pul bazarı, kredit bazarı və qiymətli kağızlar bazarı daxildir. Digər tərəfdən başqa bazarlara nisbətən respublikada maliyyə bazarı daha sürətlə inkişaf etmişdir.


Qonaq öz çıxışında ölkəmizdə maliyyə bazarlarının inkişafını əks etdirəcək göstəriciləri şərh etdi və qarşıda duran əsas inkişaf hədəfləri barədə məlumat verib.


Sonda Maliyyə bazarlarının fəaliyyəti ilə bağlı seminar iştirakçılarının sualları cavablandırıldı və maliyyə bazarının formalaşdırılmasını sürətləndirmək məqsədi ilə müxtəlif təkliflər irəli sürülüb.

20.11.2019 16:25

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ