Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın müraciətilə qaydaları pozan tətbiq “Google Play” və “App store”dan silindi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın müraciətilə qaydaları pozan tətbiq “Google Play” və “App store”dan silindi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Ghosty” tətbiqi ilə bağlı “Facebook” komandasına birbaşa müraciət edib.

 

Reklam_3_11

Müraciət əsasında son günlər ölkəmizdə, eləcə də xaricdə “Instagram” sosial şəbəkəsinin istifadəçilərinin böyük narahatlığına səbəb olan, istifadəçilərin məxfilik hüquqlarını və “İnstagram”ın gizlilik qaydalarını pozan “Ghosty” tətbiqi “Google Play store” və “App store”dan  silinib. 

 

Naməlum tərtibatçı (developer) tərəfindən yaradılan bu tətbiq gizli “Instagram” hesablarını açmağa, istifadəçinin fərdi məlumatlarını görməyə və hesabdakı şəkilləri yükləməyə imkan verir. Tətbiq qeydiyyatdan keçərkən “Instagram” istifadəçisinin giriş məlumatlarını (loqin və parol) əldə edərək həmin hesabdakı gizli profilləri müəyyən edir.  Bu gizli profillərdən hər hansı birinə baxmaq istədikdə proqram fərqli bir sessiya açaraq profilə baxmaq istəyən şəxsə gizli profili tamamilə açıq şəkildə göstərir. Dolayısı ilə, bu tətbiqdən istifadə edərək loqin və parolunu təqdim edən  şəxslər öz hesabındakı gizli profillərə baxılması üçün digər “Ghosty” istifadəçilərinə icazə verirlər. Tətbiqin populyarlığı artdıqca açılan gizli profillərin sayı da çoxalır. Xarici mənbələrin məlumatına görə, tətbiq istifadəyə verildiyi andan etibarən “Google Play store” üzərindən 500,000 dəfədən çox yüklənilib.

 

 “Instagram”ın istifadəçilərə profili gizli saxlamaq və yalnız təsdiq edilmiş izləyicilərə paylaşımları, şəkilləri və ya videoları görməyə icazə vermək kimi seçim imkanı verdiyini nəzərə alsaq, bu, istifadəçilərin məxfiliyinin ciddi şəkildə pozulması deməkdir. Eyni zamanda, “Instagram” istifadə şərtlərinə görə, istifadəçilər öz hesabları üzərindən digər istifadəçilərə hüquqlarını ötürə bilməzlər.

 

Elektron Təhlükəsizlik Xidmətinin müraciətindən sonra “Facebook” komandası “Google” ilə birlikdə araşdırma aparıb, nəticədə tətbiq “Google Play store” və “App store”dan  silinib. “Facebook” rəhbərliyinin rəsmi məlumatına görə, “Instagram” qaydalarını pozan bu tətbiqi, eləcə də “Instagram”la bağlı qanunsuz fəaliyyəti dərhal dayandırması üçün “Ghosty” tətbiqinin tərtibatçısına rəsmi xəbərdarlıq göndərilib. Hazırda bu şəxsin məsuliyyətə cəlb edilməsi üçün “Facebook” tərəfindən tədbirlər görülür və təhlükəsizlik tədbirləri gücləndirilir.

 

ETX vətəndaşlara bu cür qeyri-rəsmi tətbiqləri yükləməməyi, giriş məlumatları kimi həssas məlumatları təqdim etməməyi, özlərinin və ətrafının məxfiliyini təhlükə altında qoymamağı tövsiyə edir.

 

Vətəndaşlardan bu kimi hallarla qarşılaşdıqda Elektron Təhlükəsizlik Xidmətini məlumatlandırmaları xahiş olunur.

21.11.2019 06:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ